Paytaxta yağan yağış qəsəbə yollarını KEÇİLMƏZ ETDİ - VİDEO

Yağışdan sonra yolda avtomobillərin hərəkəti çətinləşib.
Avtosfer.az Xezerxeber.az-a istinadən xəbər verir ki, intensiv yağış paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsində yollarda gölməçə yaradıb. Bura qəsəbənin əsas yolu, Elşən Məhərrəmli küçəsidir. Sakinlər deyir ki, xüsusən də payız-qış mövsümündə yağışdan sonra belə bir mənzərə yaranır.
Yolda gölməçə yarandığından piyadalar da səki ilə hərəkət etməkdə çətinlik çəkirlər. Bəzi sürüclər isə gölməcələrdəki suyu piyadaların üzərinə sıcradır.
Qəsəbələr daxili yollar rayon icra hakimiyyətlərinin balansında olduğundan mövcud vəziyyətlə bağlı Sabunçu rayon İcra Hakimiyyətinə müraciət etdik.
Qurumdan bildirildi ki, həmin ərazidə kanalizasiya sistemi yoxdur, bu səbəbdən də yol boyu bir neçə yerdə nasoslar qoyulub. Yağış suları həmin nasoslar vasitəsi ilə çəkilir.
Bənzər vəziyyət Suraxanı rayonu Hövsan qəsəbəsində də yaşanır. İbiş Məmmədov küçəsinin sakinləri də bənzər problemdən əziyyət çəkirlər.
Suraxanı rayon İcra Hakimiyyətindən bildirildi ki, sözügedən küçə ilin sonuna qədər asfaltlanacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Görmə məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Benzinin qiyməti pandemiyadan əvvəlki ən yüksək həddə çata bilər - NƏŞR
Xameneini əvəzləyən Əlirza Ərafi kimdir? - Qarabağla bağlı görün nələr deyib
Qar yağacaq, 18 dərəcə şaxta olacaq - Sabahın havası
Kütləvi toplaşma yerlərindən uzaq durun - XİN-dən Yaxın Şərqdəki vətəndaşlara müraciət
Bakıda ev qiymətinə olan qarajlar - VİDEO
"Yalnız rəsmi məlumatları yayın" - Jurnalistlərə xəbərdarlıq
Xameneinin ölümünə görə İranda MATƏM ELAN EDİLDİ
İran Dövlət Televiziyası Xameneinin öldüyünü təsdiqlədi - SON DƏQİQƏ
Ramazan ayının on birinci gününün duası - İmsak və iftar vaxtı
Astara sərhədində avtobuslar hazır vəziyyətə gətirilib - FOTO










