Paytaxtda 36 metrlik yolka quruldu - FOTOLAR

Paytaxtda Yeni il bayramına hazırlıq işləri davam etdirilir. Bayram ərəfəsində paytaxtın ən böyük yolkası bu il Dənizkənarı Bulvar ərazisində quraşdırılmaqdadır. Artıq metal konstruksiyanın üzərinə süni yaşıllıq çəkilib. Hazırda yolkanın işıqlarla bəzədilməsi prosesi davam edir.
Dənizkənarı Bulvar İdarəsinin kommunal xidmət, təmir və mühafizə müəssisənin direktoru Rafael Niftəliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu il bulvar ərazisində iki yolka quraşdırılır: “Bunlardan birinin hündürlüyü 36 metr, digərininki isə 22 metrdir. Yolka artıq qurulub. Zər işləri isə iki günə başa çatacaq. Bundan əlavə, bulvarda ağacların bəzədilməsi və işıqlandırılması prosesi də başa çatmaq üzrədir. Bayram günlərində insanların bulvar ərazisində rahat və təhlükəsiz istirahətini təmin etmək üçün növbəli sistem əsasında 24 saat əhalinin mühafizəsi təmin olunacaq. İnsanlar istədiyi şənliyə qatıla, istirahət edə bilərlər”.
Qeyd edək ki, hər il paytaxtın ən hündür yolkası Azadlıq Meydanı ərazisində quraşdırılırdı. Bu il “Formula 1” yarışları ilə əlaqədar həmin ərazidə yolka quraşdırılmayacaq.






Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












