Paytaxtda 398 piyada keçidi normalara uyğun qurulmayıb

Paytaxt yollarında nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətinin təmin edilməsini şərtləndirən ən vacib məqam hərəkətin düzgün təşkil edilməsidir ki, Bakı Nəqliyyat Agentliyi də bu sahədə mövcud vəziyyətin öyrənilməsi, problemlərin aşkar edilərək aradan qaldırılması ilə bağlı mühüm tədbirlər həyata keçirməkdədir. Avtosfer.az-ın Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinə istinadən verdiyi xəbərə görə, bu çərçivədə paytaxt yollarındakı piyada keçidləri Bakı Nəqliyyat Agentliyi mütəxəssisləri tərəfindən hərtərəfli təhlil edilib. Müəyyən edilib ki, bu gün paytaxtın bir sıra, xüsusən də mərkəzi yollarında tıxacların yaranmasının səbəblərindən biri də koordinasiyasız həyata keçirilən yol nişanlamaları və xətləmə işləridir. Bakı şəhərində yerləşdirilmiş piyada keçidlərinin araşdırılması nəticəsində ümumilikdə 398 ədəd piyada keçidinin normalara uyğun yerləşdirilmədiyi məlum olub.
Svetoforla tənzimlənən 274 yol kəsişməsində nizamlanmayan piyada keçidi nişanlanma xətti çəkilib. 12 məntəqədə yol nişanlanması olsa da yol nişanı quraşdırılmayıb. 12 məntəqədə piyada keçidləri dayanacaq məntəqəsi daxilində yelrəşdirilib. 18 məntəqədə piyada keçidi yol nişanı quraşdırılmış yol xətlənməsi işləri aparılmayıb. 67 məntəqədə piyada keçidləri quraşdırılarkən, normalara uyğun ara məsafəsi gözlənilməmiş, keçidlər bir-birinə nəzərən çox yaxın quraşdırılıb. 5 yol kəsişməsində isə piyada keçidi yerləşdirilərkən bərabəryanlı görmə üçbucaqları nəzərdə tutulmayıb, piyada keçidi kəsişmədən dərhal sonra təşkil edilib.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












