Paytaxtda sənədsiz evlərin söküntüsü başlandı - VİDEO

Yasamal rayonunda Qanlı gölün ətrafındakı söküntü işləri sakinlərin narazılığına səbəb olub. Göl ətrafındakı evlərin həyətyanı və təsərrüfat sahələri bu gün icra hakimiyyəti orqanının işçiləri tərəfindən sökülüb.
Sakinlərin sözlərinə görə, onlara heç bir xəbərdarlıq edilmədən söküntü işlərinə başlanılıb.
Əsas səbəb kimi həmin ərazilərdəki tikililərin sənədlərinin olmaması göstərilib, amma sakinlər evlərinin sənədlərinin olduğunu iddia edirlər.
Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətindən mövqe öyrənməyə çalışdıq. Avtosfer.az xəbər verir ki, bu barədə İcra hakimiyyəti başçısının müavini Səməd İslamov "Xəzər Xəbər"ə açıqlamasında bildirdi ki, söküntü işlərinin aparıldığı bütün ərazilər sakinlər tərəfindən qanunsuz olaraq zəbt edilən yerlərdir. O, yaxın müddətdə ordakı evlərin də söküntüsünə başlanılacağını, amma sənədinin olub-olmamasından asılı olmayaraq hər kəsə kompensasiya ödəniləcəyini də dedi.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












