Paytaxtda yoluxmaya görə öndə gedən rayonlar DƏYİŞDİ

Gündəm 30 İyul 2020 20:00
Paytaxtda yoluxmaya görə öndə gedən rayonlar DƏYİŞDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Koronavirusa ümumi yoluxanların 56,5 faizinin cəmləşdiyi Bakının özündə xəstələrin sayına görə ilk üçlükdə Binəqədi, Xətai və Sabunçu rayonlarıdır. Qeyd edək ki, buna qədər həmişə ilk üçlükdə Binəqədi, Xətai və Yasamal rayonalrı olub. Avtosfer.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, paytaxt üzrə yoluxanların 14 faizi Binəqədi, 12,3 faizi Xətai, 11,9  faizi Sabunçuda qeydə alınıb. Sonrakı yerlərdə 11,8 faizlə Yasamal, 9,9 faizlə Nəsimi, 8,2 faizlə Nərimanov, 8,2 faizlə Suraxanı, 7,4 faizlə Nizami, 7,3 faizlə Qaradağ, 4,7 faizlə Xəzər, 4,4 fazilə Səbail, 0,3 faizlə Pirallahı rayonu qərarlaşıb.

 

Oxunub : 6094
ŞƏRH YAZ
Ad

E-mail

Şərh