Paytaxtdakı MTK aylardır sakinləri aldadıb mənzillərin çıxarışını vermir – ŞİKAYƏT

Bakı şəhəri, Xətai rayonu, məhəllə 2966, Cavanşir 6 ünvanında yerləşən “Mək-an” MMM-yə məxsus çoxmərtəbəli “Nargilə Residence” yaşayış kompleksində çıxarış problemi illərdir davam edir. 2021-ci ildən rəsmi olaraq yaşayışa icazə verilsə də sakinlər hələ də mənzillərə çıxarış ala bilmədiklərini bildirirlər.
Avtosfer.az xəbər verir ki, sakinlərə uzun müddətdir müxtəlif vədlər verilir. “1 ay gözləyin”, “2 aya hazır olacaq” kimi sözlərə baxmayaraq, proses illərdir uzadılır. Bu isə kompleksdə yaşayan yüzlərlə ailənin narazılığına səbəb olub.
Şikayətlərlə bağlı şirkətlə əlaqə saxladıq. “Mək-an” MMM-dən Avtosfer.az-a bildirilib ki, sənədləşmə prosesi hazırda davam edir və çıxarışların yaxın günlərdə sakinlərə təqdim olunacağı gözlənilir. Şirkət nümayəndələri sənədlərin verilməsinin gecikməsini texniki prosedurlarla izah edib və problemin həll olunacağına dair söz veriblər.
Sakinlər isə uzun illərdir gecikən vədlərin artıq inamı azaltdığını, bu dəfə real nəticə gözlədiklərini deyirlər.
Eltac Zülfüqaroğlu
Metro qatarlarına yeni yağınsöndürən balonlar quraşdırılıb; təlimatlar niyə rus dilindədir? - FOTO
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Aprel ayı üçün maqnit qasırğalarının PROQNOZU
Suda qalan həmin BYD-nin son vəziyyəti: Usta "Fatihə"sini verdi - VİDEO
Bəzi yollarda duman olacaq, 300-800 metrədək ... - Sürücülərə XƏBƏRDARLIQ
Masazırda yol niyə çöküb? – Ekspert səbəbləri AÇIQLADI
Sərnişin və yük daşımalarına yeni qaydalar - Tələblər sərtləşdi
Nazirlər Kabineti yeni qərar qəbul etdi
Paytaxtın bu küçələrində tıxac var – SİYAHI - FOTOLAR
"Məsafəyə görə ödəniş modeli hələ müzakirə mərhələsindədir" - EKSPERT DANIŞDI
Zaur Əliyevlə yanaşı bu məmurlar da vəzifəsiz qalıb - SİYAHI










