Paytaxtın bu kəsişməsində tıxaca qarşı YENİLİK - VİDEO

Gündəm 15 Aprel 2026 18:18
Paytaxtın bu kəsişməsində  tıxaca qarşı YENİLİK - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Nəsimi rayonu, Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsi ilk dəfə işıqforlarla tənzimlənəcək.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən(NİİM) məlumat verilib.

Bildirilib ki, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində də piyadaların təhlükəsizliyi təmin olunacaq. Artıq NİİM bu istiqamətdə işlərə başlayıb.

7-si "L", 8-i "A" tipli olmaqla ümumilikdə 15 ədəd işıqfor dirəyinin quraşdırılması işləri hazırda davam etdirilir.

Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin layihəsi çərçivəsində hərəkətin təşkilində edilən dəyişikliklə bağlıdır.

Oxunub : 514
ŞƏRH YAZ
Ad

E-mail

Şərh