Paytaxtın bu küçəsinin sakinləri 10 ildir palçıqda gedib-gəlir - VİDEO

Qəsəbələrin yol problem ilə bağlı vətəndaşların haqlı narazılığı dəfələrlə gündəmə gəlib.
Avtosfer.az xəbər verir ki, Yeni Ramana qəsəbəsinin Südçülük sovxozu ərazisi, Aslan Atakişiyev küçəsində vəziyyət olduqca ağırdır. Sakinlər bildirir ki, küçədə 10 ildən çoxdur yaşayış olmasına baxmayaraq, yolda təmir işləri aparılmır.
Yağışlı havalarda qəsəbə yollarının vəziyyəti daha acınacaqlı olur. Asfaltlama işlərinin isə adətən növbəlilik əsasında görüldüyü bildirilir. Yeni Ramana qəsəbəsinin sözügedən ərazisində yaşayan sakinləri bu dəfə növbənin onlara da çatacağına ümid edirlər.
Xatırladaq ki, təkcə dekabr ayında (bu günədək) Bakı şəhəri ərazisində avtomobil yollarının təmiri ilə bağlı dövlət başçısı 8 sərəncam imzalayıb. Bunlardan üçü konkret qəsəbələrlə (cəmi 8 qəsəbə) bağlıdır və onların arasında Ramana qəsəbəsi də var.
Analoji vəziyyət bir çox qəsəbələrdə mövcuddur. Yəqin ki, qəsəbələrdə yeni yaşayış yerləri salınanda yolların tikintisi ya arxa plana keçir, ya da unudulur. Ümid edirik ki, problem yaxın zamanda öz həllini tapacaq, sakinlərin yolda çəkdikləri əziyyət sona çatacaq.
Məhəbbət Tərlanoğlu
Paytaxtın strateji yolunda ciddi TƏHLÜKƏ
Bakıda güclü duman müşahidə olunur
Hörmüz boğazından keçid ödənişli olacaq? - QƏRAR
Xarici avtomobillər üçün dizelin qiyməti artdı – Bu ölkədə
Azərbaycana soyuq hava kütlələri daxil olub
Bakıda və bəzi bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Temperatur 5° enəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Azərbaycanda hərbi toplanış buna görədir
Bakıda işıqforun üç işığı birdən yandı: Sürücülər ... - AÇIQLAMA - VİDEO
Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq - 300-800 metrədək
Bu gün Sumqayıtda 14 min abonentin qazı kəsiləcək










