Paytaxtın drenaj sistemləri yağışlı havalara hazırdırmı? - VİDEO

Gündəm 15 Oktyabr 2024 19:39 Oxunub 276
Paytaxtın drenaj sistemləri yağışlı havalara hazırdırmı? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hər dəfə bir damcı yağış yağan kimi paytaxt yolları keçilməz olur. Həm nəqliyyatın, həm də piyadaların həkəti iflic vəziyyətə düşür.

Avtosfer.az-ın xəbərinə görə, mütəxəssis Aqşin Kərimov deyir ki, şəhərsalma zamanı ciddi nöqsanlara yol verilib. Paytaxtın drenaj və kanalizasiya sistemləri düzgün qurulmayıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Katibi Ceyhun Musaoğlu deyir ki, paytaxtda yağış sularının idarəolunmasında yağış və kanalizasiya kollektorlarından istifadə edilir. Həmçinin hər 2 növ kollektor mütəmadi olaraq təmizlənir və daim nəzarətdə saxlanılır. Lakin yağış kollektorlarının az olması problemlərə səbəb olur.  

Qurum rəsmisi həmçinin bildirdi ki, “Bakı və Abşeron yarımadasının içməli su təchizatı,  kanalizasiya  və yağış suları sistemlərinin Master Plan”ına uyğun olaraq paytaxtda yeni kollektorların qurulması nəzərdə tutulub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh