Paytaxtın ən böyürk prospektlərindən biri təmirə bağlanır - YENİLƏNİB

Gündəm 5 İyul 2024 16:32 Oxunub 394
Paytaxtın ən böyürk prospektlərindən biri təmirə bağlanır   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sabah saat 08:00-dan etibarən Bakının Nərimanov rayonunun Əhmədbəy Ağaoğlu küçəsində təmir işləri aparılacaq.

Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumatda deyilir ki, işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək (yol bağlanmır).

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.

Xatırladaq ki, daha əvvəl agentlik sabah saat 07:00-dan Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində (Parlament prospektindən Mətbuat prospektinə qədər) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırılması barədə xəbər vermişdi.

***

Parlament prospektinin bir hissəsi təmirə bağlanacaq. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. 

Bildirilib ki, 6 iyul saat 7:00-dan 7 iyul saat 22:00-dək Bakı şəhəri, Yasamal rayonu, Miкayıl Müşfiq küçəsində (Parlament prospektindən Mətbuat prospektinədək) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh