Paytaxtın məşhur restoranlarında iftar menyuları NEÇƏYƏDİR? - FOTO

Fevral ayının 19-dan Müqəddəs Ramazan ayı başlaması xeyli insanın oruc tutmasına vəsilə olur. Orucun əsas qaydalarından biri də imsak və iftar vaxtlarıdır. Paytaxtın bir çox restoranlarında imsak iftar menyuları təqdim olunur. Hətta əvvəldən rezervasiya edənlər də az deyil.
Avtosfer.az xəbər verir ki, Ajans.az paytaxtın bəzi məşhur restoranlarında iftar menyularının qiymətləri ilə tanış olub.
Qiymətlər təxminən 10-45 manat arası dəyişir.Bu da menyunun tərkibindəki qidalara və insan sayına görə dəyişir.
İndi sizlərə bir çox məşhur restoranın iftar menyularını təqdim edirik.
“Boranı” Restoranlar Şəbəkəsi-standart paketlər təqdim edir.
“Özsüt” Restoranlar Şəbəkəsi- yalnız Gənclik filialında iftar menyuları təqdim olunur. Tərkibindəki qidalara görə, 29,32,35 manat olaraq, dəyişir.
“MADO” - toyuqlu menyu 25 manat, ətli isə 27 manat
KHAN Museum Restaurant- tərkibindəki qidalara görə 30 və 35 manat
“Pizzainn” - iftar menyusu hər gün özəl olur, 25 manat .
“Babil”- 1 nəfər üçün 18 manat( toyuqlu), 1 nəfər üçün 20 manat( ətli)
“Dolivo” pizza-pasta- 1 nəfər üçün 25 manat
“Buritto Turco”- 1 nəfər üçün 19.90
“Malacannes”- 2 nəfərlik 45 manat
“Padişah”- yalnız Gənclik filialı üzrə 22/24 manat
“Shakespeare”- 1 nəfər üçün standart 19 manat
“Shaurma1”- iftar menyusu dəyişməzdir, adam sayı və qidaya görə dəyişir.
“Love City”- 10 manatdan başlayaraq dəyişir.
“Choco Port”- 10.90-dan başlayır.
Allah hamının orucunu qəbul etsin!










Nazir SƏS YAZILARINDAN sonra QƏRAR VERDİ – Şöbə müdiri işdən çıxarıldı
Ramazan ayının üçüncü gününün duası - İmsak və iftar vaxtı
Makron may ayında Ermənistana niyə gedir? - Politoloq səbəbləri AÇIQLADI
Vaşinqtondakı hücumla bağlı araşdırmanın nəticələri Dövlət Departamentinə göndərilib
Sürücülər və turistlər bəzi yollarda azır - Çünki nişanlar ...
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Sərnişin və yük daşımaq üçün yeni sənədlər tələb olunacaq - Sürücülərin nəzərinə!
Minlərlə sürücünün vəsiqəsi əlindən alındı – Deputatdan sərt etiraz
Əməliyyat-axtarış məlumatlarının açıqlanması əməkdaşların həyatına təhlükə yaradır - DİN-in idarə rəisi
Vaşinqtondakı təxribatın detalları açıqlandı - Prezidentin kortejinə...
Bu küçədə hərəkət çətinləşib: Sürücülər çuxurlardan qaça bilmir - VİDEO








