Pedalsız velosiped - Saatda 25 km sürət – VİDEO+FOTO

İngiltərəli Bruin Börgmestrin ərsəyə gətirdiyi yeni velosiped böyük maraqla qarşılanıb. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, son günlər satışı sürətlə artan "Lopifit" adlı velosipedin bir sıra üstün cəhətləri var. Maraqlısı budur ki, nəqliyat vasitəsinin pedalı yoxdur. Velosipedi hərəkətə gətirmək üçün onun üzərində yerimək kifayətdir.
Məlumata görə, velosiped saatda 25 kilometr sürətlə hərəkət edə bilir. Üstəlik bu sürəti yığmaq üçün sürücüdən elə də fiziki güc tələb olunmur. Sürücü velosipedə quraşdırlmış xüsusi qurğunun üzərində yeriməklə, nəqliyyat vasitəsi hərəkət edir.
Bruin ilk dəfə bu tipli velosipedi hələ bir il əvvəl ixtira edib. Amma həmin vaxt nəqliyyat vasitəsinin çatışmayan cəhətləri çox olub. İngiltərəli ixtirasını daha da təkmilləşdirəndən sonra, nəqliyyat vasitəsi insanların diqqətini cəlb edib. Velosipedin hərəkətə gəlməsində batareya ilə işləyən mexanizm mühüm rol oynayır. Batareynın hər 30-40 kilometrdən bir dəyişdirilməsi və ya enejiyə taxılması vacibdir.
İdarəedilməsi olduqca rahat olan velosipedin satışı son günlər rekord dərəcədə artıb. Nəqliyyat vasitəsinin satış qiyməti 1699 avrodur. Baha olmasına baxmayaraq dünyanın müxtlif ölkələrindən velosiped üçün çoxlu sifarişlər var.

Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT










