"Pegasus"un uçuşlarını bərpa etməsi sual altındadır

İstanbul-Qəbələ-İstanbul marşrutu ilə həyata keçirdiyi müntəzəm reysləri dayandıran Türkiyənin “Pegasus” aviaşirkətinin Azərbaycana uçuşlarını bərpa etməsi məsələsi sual altındadır.
Avtosfer.az xəbər verir ki, bu barədə "Pegasus”un mətbuat katibi Mehtap Çakıroğlu Kaynak “Report”a açıqlamasında bildirib ki, bu marşrut üzrə aviareyslərin bərpa tarixi hələ müəyyən edilməyib: “Çox təəssüf ki, şirkətimizin Azərbaycana həyata keçirdiyi İstanbul-Qəbələ və Qəbələ-İstanbul reyslərinin bir və ya iki ay sonra yenidən bərpa ediləcəyini dəqiq deyə bilməyəcəm. Çünki hazırda şirkət dayandırdığı aviareysin bərpası ilə bağlı heç bir qərar verməyib. Ümumiyyətlə, təyyarələrimizdə sərnişin yerlərinin boş qalmasını və rentabelliyin aşağı olmasını nəzərə alaraq, bəzi reysləri bağlamışıq. İstanbul-Qəbələ aviareysində təyyarələrdə sərnişin yerlərinin dolmadığı, mənfəət olmadığı üçün şirkət zərərlə işləyirdi. Bu səbəbdən marşrut üzrə də uçuşları dayandırdıq”.
Qeyd edək ki, azbüdcəli uçuşları ilə tanınan “Pegasus” bu il martın 18-dən Azərbaycana uçuşlar yerinə yetirməyə başlayıb. Qəbələ hava limanından həftədə 3 dəfə olmaqla I, IV və VII günlər Qəbələdən İstanbula, III, V və VII günlər isə İstanbuldan Qəbələyə uçuşlar yerinə yetirən şirkət oktyabrın 1-dən reysləri dayandırıb. Bu istiqamət üzrə bir tərəfə biletin qiyməti 90 manatdan, iki tərəfə - 155 manatdan başlayırdı. Eyni zamanda, aviaşirkətin xidmətindən istifadə edən sərnişinlərin Bakıdan Qəbələyə daşınması üçün Azərbaycandakı nümayəndəliyinin Bakı-Qəbələ və Qəbələ-Bakı avtobus marşrutu da fəaliyyət göstərib.
Sürücülərin NƏZƏRİNƏ: Sabahdan İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Yusufla birgə hamamda zəhərlənən qız sosial şəbəkədə məşhur imiş
Zelenskinin İrəvana rəsmi səfəri Rusiya-Ermənistan münasibətlərinə təsir edəcək? - POLİTOLOQ
Sabah bu yollar bağlı olacaq - SİYAHI
Səbaildəki lyuklardan şikayət olundu; qurum hərəkətə keçdi – FOTO - VİDEO
ABŞ-İran münaqişəsi; hər iki dövləti yoraraq dağıtmaq istəyirlər? - POLİTOLOQ
Cərimə hesabına qəzaları azaltmaq mümkündür? – AÇIQLAMA - VİDEO
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Azərbaycanlı yük maşını sürücülərinin NƏZƏRİNƏ: Rusiya hökuməti yeni qərar verdi
WUF13 iştirakçıları ödənişi müxtəlif vasitələrlə edə bilərlər - Bakı metrosu – FOTOLAR








