Penitensiar xidmətə qəbul qaydalarında dəyişiklik edildi - QƏRAR

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qulluğa qəbul edilən şəxslərin fiziki hazırlığının yoxlanılması qaydalarında dəyişiklik edilib. Avtosfer.az “Trend”ə istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq qərar imzalayıb. Qərara əsasən, Penitensiar xidmətə qulluğa qəbulla bağlı müsahibədə iştirak etmək istəyən şəxslər fiziki hazırlığın yoxlanılmasından əvvəl yaşadıqları ərazi üzrə dövlət tibb müəssisəsindən alınmış sağlamlıq vəziyyəti haqqında tibbi arayış təqdim etməlidirlər.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qulluğa qəbulla bağlı müsahibədə iştirak etmək istəyən şəxslər fiziki hazırlığın yoxlanılmasına göndərilməsi üçün yaşadıqları ərazi üzrə dövlət tibb müəssisəsindən alınmış sağlamlıq vəziyyəti haqqında tibbi arayış təqdim etməlidirlər.
Həmçinin, Penitensiar xidmətə qulluğa qəbulla bağlı müsahibədən müvəffəqiyyətlə keçən şəxslər insan resursları qurumu tərəfindən verilmiş göndəriş əsasında tibbi şəhadətləndirilmənin keçirilməsi üçün Ədliyyə Nazirliyinin tibb xidmətinə göndəriləcəklər.
Bununla yanaşı, Penitensiar xidmətə qulluğa qəbul olunmaq istəyən şəxslərə münasibətdə tibbi şəhadətləndirilmənin nəticələri üzrə namizədin müvafiq olaraq icbari təlimə cəlb edilməsi və ya cəlb edilməməsi, yaxud da ədliyyə orqanlarına qulluğa qəbul olunması və ya olunmamasının tövsiyə edilməsi barədə müvafiq iki qərardan biri qəbul ediləcək.
Bundan əlavə, tibbi şəhadətləndirilmənin nəticələrinə əsasən Penitensiar xidmətdə qulluğa yaralı olan namizədlərin sayı ədliyyə orqanlarında boş olan ştat vahidlərinin sayından artıq olarsa qulluğa qəbul edilməsi barədə əmr verilməyən namizədlər müvafiq olaraq növbəti icbari təlimin və ya müsahibənin yekunları üzrə qulluğa qəbulla bağlı tövsiyələr təqdim edilənədək ehtiyat kadr siyahısında olmaqla aidiyyəti vakant ştat vahidi yarandıqda istifadə oluna biləcəklər.
Həmçinin, şəxslərin fiziki hazırlığı onlar tərəfindən yaşadıqları ərazi üzrə dövlət tibb müəssisəsindən alınmış sağlamlıq vəziyyəti haqqında tibbi arayış təqdim edildikdən sonra Penitensiar xidmətin insan resursları qurumu tərəfindən verilmiş göndəriş əsasında yoxlanır.
Daha əvvəl isə şəxslərin fiziki hazırlığı onların sağlamlıq vəziyyəti yoxlanıldıqdan və Penitensiar xidmətdə qulluğa yararlı olduqları müəyyən edildikdən sonra Penitensiar xidmətin kadr qurumu tərəfindən verilmiş göndəriş əsasında yoxlanırdı.
Qeyd edək ki, iyunun 29-da imzalanan qərar iyunun 30-da qüvvəyə minəcək.
ABŞ, Ermənistan və Azərbaycan Sülh Sammitinin ildönümü ilə bağlı BİRGƏ BƏYANAT YAYIB
Tramp Əliyevin İranla bağlı fikrini öyrənib
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
Ekspress avtobuslarla bağlı məsələ böyüyür - “PULSUZ OLMALIDIR”
Kassa aparatlarında artan dövriyyə nə ilə bağlıdır? - ŞƏRH
Mikromobillik Bakının nəqliyyat sistemini dəyişə bilərmi? – Ekspert AÇIQLADI
Keçid stansiyaları Bakı metrosunda nəyi dəyişəcək? – AÇIQLAMA
Paytaxtın bu küçələrində SIXLIQ VAR - FOTO
Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib
Ər-arvadı yandıraraq öldürən şəxsin kimliyi məlum oldu - FOTOLAR
Bir görüş, bir əsrlik nəticə: Vaşinqtondan başlayan yeni yol










