Pensiya yaşı ən yüksək səviyyəyə qaldırıldı

Danimarka qanunvericilərin təqaüd yaşının 70-ə qaldırılmasına səs verdikdən sonra Avropada ən yüksək pensiya yaşı həddinə sahib olacaq.
Avtosfer.az CNN telekanalına istinadla xəbər verir ki, Danimarka parlamenti 81 “lehinə” və 21 “əleyhinə” səslə pensiya yaşının artırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Yeni qanun 1970-ci il dekabrın 31-dən sonra doğulanlara şamil ediləcək. Hazırda pensiya yaşı orta hesabla 67-dir, lakin 1967-ci il yanvarın 1-də və ya ondan sonra doğulanlar üçün bu yaş 69-a qaldırıla bilər.
Məşğulluq naziri Ane Halsbo-Jørgensen bu artımın gələcək nəsillər üçün adekvat rifahı təmin etmək məqsədilə zəruri olduğunu bildirib.
Danimarka Statistika Departamentinin rəsmi saytına görə, bu ölkənin əhalisi təqribən 6 milyon nəfərdir, onlardan 713 mini 60-69 yaş arası, 580 mini isə 70-79 yaş arasındadır. Danimarka sığorta şirkətləri və pensiya fondları üçün ticarət assosiasiyasının bəyanatında deyilir: “Son illərdə baş verən hadisələr dövlət sektorunda pensiya yaşına çatana qədər və sonra işləməyə davam edən danimarkalıların sayında əhəmiyyətli artım olduğunu açıq şəkildə göstərir”.
F&P-nin məlumatına görə, hazırda Danimarkada təqaüd yaşından yuxarı 80 minə yaxın insan işləyir. Şirkət artımı yaxşı iqtisadi şərait, işəgötürənlərin daha çox çevikliyi, daha yaxşı maliyyə stimulları və işi davam etdirmək istəyi ilə əlaqələndirir.
Assosiasiyanın pensiyalar üzrə direktoru Yan V. Hansen bildirib: “Bir çox danimarkalı üçün dövlət pensiya yaşının 2040-cı ilə qədər 70-ə qaldırılması ideyası hədsiz görünə bilər. Bununla belə, rəqəmlər açıq şəkildə göstərir ki, getdikcə daha çox danimarkalı işdə daha uzun müddət qalır. Yaxşı xəbər odur ki, onların əksəriyyətində təkcə sağlamlığı qorumaq yox, həm də dövlət pensiya yaşına çatdıqdan sonra belə işləməyə davam etmək arzusu var”.
Bununla yanaşı, Danimarkanın Sosialist Qırmızı-Yaşıl Alyansı bir “Facebook” statusunda hökumət və sağçıların səsverməsini “əsassız olaraq yüksək” adlandırıb və 60 yaşında təqaüdə çıxmaq hüququ olan bir çox nazirin istifadə etdiyi “əla” pensiya şərtləri fonunda dəyişiklikləri pisləyib.
Danimarka milli pensiya yaşını 60-dan yuxarı təyin edən ilk Avropa ölkəsidir. Bu addım Danimarkanın pensiya yaşını Liviya ilə eyni səviyyədə dünyanın ən yüksək göstəricilərindən birinə çevirəcək.
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB










