Pensiyaya çıxacaq şəxslərin DİQQƏTİNƏ! Bu ildən belə olacaq - VİDEO

Pensiyalarla bağlı yeni qaydalar müəyyənləşib. Milli Məclisin iclasında "əmək pensiyaları", "sosial müavinətlər", "onkoloji yardım" və "dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanunlara təklif edilən dəyişiklik üçüncü oxunuşda qəbul edilib. Bildirilib ki, dəyişikliklərin hamısı vətəndaşların pensiyaya çıxma şərtlərinin yumşaldılmasına şərait yaradır. Plenar iclasda dərman qiymətlərinin baha olmasından, vətəndaşlara özləri üçün xaricdən dərman gətirmələrinə şərait yaradılmasından da danışılıb.
Ailə başçısını itirməyə görə əmək pensiyası artacaq. Beş və daha çox uşağı övladlığa və qəyyumluğa götürən qadınlar erkən pensiyaya çıxa biləcəklər. Onkoloji və skleroz xəstələrinin pensiya almaq hüququ da olacaq. Sonradan hərbi xidmətə qəbul edilmiş pensiyaçının və hərbi rütbəli şəxslərin pensiyası son təminat xərcliyinə görə yenidən hesablanaraq artırılacaq. Bütün bunlar "Əmək pensiyaları", "Sosial müavinətlər", "Onkoloji yardım" və "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanunlara edilən dəyişikliklərlə mümkün olub. Milli Məclisin bugünkü plenar iclasında təklif edilən dəyişiklik üçüncü oxunuşda qəbul olunub. Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev pensiya yaşının azaldılması, eləcə də səsləndirilən digər təkliflərə münasibət bildirib. Millət vəkili Fəzail Ağamalı isə "Silahlı qüvvələrin pensiya təminatı haqqında" qanunun hazırlanması təklifi ilə çıxış edib. Deputat "Qarabağ müharibəsi veteranlarına verilən müavinətin az olduğunu dilə gətirib. Millət vəkili Rəşad Mahmudov isə dərmanların yüksək qiymətə satılmasına diqqət çəkib. Deputat Siyavuş Novruzov isə insanların özləri üçün dərman gətirməsinə icazə verilməsi təklif edilib. "Dərmanlar çox bahadır. İnsanların özləri üçün gətirdikləri dərmanların gömrükdən keçirmələrinə icazə verməliyik",- deyə millət vəkili vurğulayıb.
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA
Paytaxtda bu yollarında tıxac var - SİYAHI
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı
Könül Həmzəyeva saxlanıldı










