Pentaqon Rusiya və Çini peyk əleyhinə silah hazırlamaqda şübhəli bilir

Rusiya kosmik məkanda istifadə olunan peyklərə qarşı yönəlmiş silah hazırlayır. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu iddia ilə ABŞ Hərbi Hava Qüvvələrinin Kosmik Komandanlığının rəisi Con Hayten Pentaqonun rəsmi saytında dərc olunmuş məqaləsində çıxış edib. Onun fikrincə, hələ 1980-ci illərdən peyk əleyhinə texnologiyalara malik olan Rusiya, hazırda kosmosda lazerlər və digər imkanlardan istifadəni özündə birləşdirən peyk əleyhinə imkanları tədqiq edir. "Bu, bizim peyklərimiz üçün təhlükə yarada bilər və kosmosa çıxışı məhdudlaşdıran "kosmik zibil" yarada bilər", - deyə o qeyd edib. Kosmosdan yalnız şəxsi məqsədlər üçün istifadə etmək niyyətini açıq şəkildə ifadə edən Çinə gəldikdə isə, Heyten əminliklə bildirib ki, Pekin öz müdafiə sistemlərini sınaqdan keçirməkdədir. "Onlar yaxın gələcəkdə bizim fəzada olan istənilən kosmik aparatımıza qarşı təhlükə imkanlarından istifadə edə bilərlər. Biz buna mane olmalıyıq və müharibənin qarşısını almağın ən yaxşı yolu, ona hazır olmaqdır", - deyə Hayten bildirib.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










