Banner

Perm qatilinin universitetdə qətliamının yeni görüntüləri yayıldı - ANBAAN VİDEO

Gündəm 21 Sentyabr 2021 13:52 Oxunub 630
Perm qatilinin universitetdə qətliamının yeni görüntüləri yayıldı - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyada universitetə silahlı basqın edən Perm qatili Timur Bekmansurovun cinayət anları ilə bağlı kadrlar paylaşılıb.

Birinci videoda onun universitetə girməmiş hələ yolda ikən avtomobilə atəş açdığı görünür. Sürücü xəsarət almayıb.

İkinci videoda artıq onun universitetdə qətliam törətdiyi anlar əks olunub.

(Atəş açdığı anlar kadrdan çıxarılıb)

Xatırladaq ki, sentyabrın 20-də Timur Bekmansurov adlı tələbə Perm Dövlət Universitetinə silahlı basqın edib. Hadisə nəticəsində səkkiz nəfər ölüb, 28 nəfər yaralanıb. Atışma faktı ilə əlaqədar olaraq “iki və ya daha çox adamın öldürülməsi” ilə bağlı cinayət işi başlanıb.

Timur Bekmansurovun özü saxlanılan zaman yaralanıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh