Pərvin Abıyeva: “Avtomobilimi gizli şəkildə aparıblar” - FOTO

Aktrisa Pərvin Abıyeva avtomobilinə həbs qoyulması və cərimə meydançasına aparılması ilə bağlı geniş açıqlama verib. Avtosfer.az xəbər verir ki, bu barədə publika.az-a danışan sənətçi Nəsimi Rayon Yol Polisi Şöbəsu əməkdaşlarının maşını ondan xəbərsiz apardıqlarını bildirib: “Məndə kamera görüntüləri var. Nəsimi yol polisinin işçiləri gecə saat 4-də maşını mənim həyətimdən aparıb. Yolda mənə “dur” əmri verilməyib. Nəsimi yol polisi işçilərinin mənimlə hansı prinsipi var bilmirəm. İcazəm olmadan maşınımı evakuatora qoşub aparıblar. Onlara dedim ki, “cərimələrim var. Sabah həll edəcəm” Onlar da dedilər ki, “yox, bizim rəisin əmridir. Biz bunu aparmalıyıq”. Mən dedim ki, “Elə bir qanun yoxdur ki, siz həyətdən maşın aparasınız, bu oğurluqdur”. Qayda-qanunda belə şey yoxdur.
İstəyirəm Vaqif Əsədova çatdırılsın ki, mənə “Dur” əmri verilməyib. Həyətdə kameralar var, görüntülərlə sübut edə bilərəm. Avtomobili aparmaları bəs etmirmiş kimi, maşının sağ qapılarını acığa düşüb cızıblar. Ortaq tanışlarımız var idi deyə məsələni böyütmədim. Əslində medianı ora çağıracaqdım. Maşın hazırda məndədir, həmin günü cərimələrimi ödəyib, çıxarmışam. Gecə saat 3-də “Azneft” dairəsində cərimə ödəmişəm. Bunlar ona baxmayaraq, həyətimdən avtomobili aparıblar. Yolda hərəkət edən maşına “dur” əmri vermədən, həyətdən maşın aparıla bilərmi? Bu hansı qanunda var? Mənə o qanunu göstərsinlər ki, evinin içindən nəyisə apara bilərlər, deyim ki, haqlıdırlar. Amma bilirəm ki, belə şey yoxdur. Qeydiyyatda olduğum ərazi ilə yaşadığım yer fərqlidir deyə, gələn cərimələrdən xəbərim olmur. Əgər hansısa yol polisi deyirsə, cərimən var, onda gedib, ödəyirəm. Amma bilmirəm, Malik kimdir, mənimlə nəyin prinsipini aparır, yəqin nəsə başqa problemləri var. O deyib ki, bu gecə Pərvinin evindən maşın çıxmalıdır. Amma niyə çıxmalıdır, onu da bilmirəm?”
Məsələ ilə bağlı Vaqif Əsədovla əlaqə saxladıq. O, baş verənin hadisəni araşdırıb, geniş açıqlama verəcəyini bildirdi.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”












