Pik saatlarda eskalatorların biri niyə İŞƏ SALINMIR? – Metrodan absurd CAVAB

Ən çox sıxlıq yaşanan metrostansiyalardan biri də “28 may” metrosudur. Günün pik saatlarında sözügedən metrostansiyada vəziyyət acınacaqlı olur. Çıxış və giriş üçün 4 eskalator olsa da, bunlardan hər istiqamət üzrə yalnız biri işləyir.
Eskalatora daxil olmaq üçün hər gün platformada yaranan uzun növbə və sıxlıq sərnişinlərin narazılığına səbəb olur. Bəzən bu hala görə platformada sərnişinlərlə metro nəzarətçiləri və polisləri arasında mübahisələr də yaranır.
Qeyd edək ki, bənzər problem hər gün qoşa eskalator olan bir çox metrostansiyada yaşanır.
Problemlə bağlı Bizim.Media-ya danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun sözlərinə görə eskalatorların biri hər zaman ehtiyat olaraq saxlanılır:
“Eskalatorların hamısı bütün gün fasiləsiz işləyə bilməz. Çünki onların qulluğu, texniki baxışı və təmiri məsələləri var. Davamlı işləyən və ya hər hansı hadisə baş verən zaman eskalator dayansa, onda necə olacaq?
“28 may” metrostansiyasında 4 zolaqlı eskalator fəaliyyət göstərir. Deyək ki, iki eskalator üzüaşağı açıqdır və gələn bütün sərnişinlər platformaya düşür.
Platformada sıxlıq yaranarsa, artıq bu, təhlükə mənbəyidir. Tənzimlənmiş mexanizm var. Xüsusən gur saatlarda platforma və yuxarı vestübil səviyyəsi nəzarətdə saxlanılmaqla tənzimlənmə mexanimləri tətbiq olunur.
Qrafikdən fərqli olaraq iki eskalatorun aşağı qoşulmasına artıq şərait varsa, hər ikisi işlədilir. Əks halda bir eskalator işlədilir ki, platformada sıxlıq yaranmasın və ya hər hansı faciə baş verməsin. Bu məqsədlə olunur. Yoxsa Metropolitenin insanlara əzab vermək kimi addımı yoxdur”.
Qurum rəsmisi əlavə edib ki, adi axın olduğu müddətdə də eskalatorların iş rejiminə xüsusi nəzarət yetirilir. Belə ki, adi saatlarda da zərurət olduğu halda ikinci eskalator mütləq qaydada işə salınır.
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Aprel ayı üçün maqnit qasırğalarının PROQNOZU
Suda qalan həmin BYD-nin son vəziyyəti: Usta "Fatihə"sini verdi - VİDEO
Bəzi yollarda duman olacaq, 300-800 metrədək ... - Sürücülərə XƏBƏRDARLIQ
Masazırda yol niyə çöküb? – Ekspert səbəbləri AÇIQLADI
Sərnişin və yük daşımalarına yeni qaydalar - Tələblər sərtləşdi
Nazirlər Kabineti yeni qərar qəbul etdi
Paytaxtın bu küçələrində tıxac var – SİYAHI - FOTOLAR
"Məsafəyə görə ödəniş modeli hələ müzakirə mərhələsindədir" - EKSPERT DANIŞDI
Zaur Əliyevlə yanaşı bu məmurlar da vəzifəsiz qalıb - SİYAHI
İstintaq sistemində yeni model - Vahid quruma keçid nəyi dəyişəcək?










