Pilot hamilə qadının ölümünün dəqiq səbəbləri açıqlandı

Avqustun 30-da hamiləliyinin 36-cı həftəsində dünyasını dəyişən 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızının ölümünün dəqiq səbəbləri açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən Trend-ə verilən məlumata görə, meyitin müayinəsi zamanı ağır ginekoloji xəstəlik olan preeklampsiyanın və beyinə qansızmanın ölümə səbəb olduğu aşkar edilib. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən bildirdilər ki, ölümdə həkim səhvinin olub-olmaması hələ araşdırılmayıb: "Həkimin işinin araşdırılması məqsədilə ekspertizanın aparılması Nəsimi rayon Prokurorluğu tərəfindən hələ təyin edilməyib və buna görə də müvafiq komissiya da yaradılmayıb. Həkim işinin araşdırılması bundan sonra təyin ediləcək”.
Qeyd edək ki, D.Babayeva qarpızdan zəhərlənmə şübhəsi ilə 1 saylı şəhər xəstəxanasına daxil edilib və orada dünyasını dəyişib. D.Babayeva DSX-nın ilk qadın pilotu olub.
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT












