Pilot prezident haqqında moizəsinə görə reysdən kənarlaşdırıldı – VİDEO

Amerikanın Ostin şəhərində “United Airlines” şirkətinin qadın pilotu reysdən kənarlaşdırılıb, səbəb isə onun boşanması və ABŞ-da prezident seçkilərinin nəticələrinə dair moizəsi olub. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə şənbə günü axşam saatlarında baş verib. Şahidlərin sözlərinə görə, Ostindən San-Fransiskoya 455-ci reysi üzrə uçan təyyarəni idarə etməli olan qadın salona adi geyimdə gələrək sərnişinlərə daxili rabitə vasitəsilə müraciət edib. Qadın bəyan edib ki, nə Klintona, nə də Trampa səs verməyib, çünki onlar “yalançıdır”. “Üzr istəyirəm, mən indi boşanma acısını çəkirəm”, - deyə əlavə edib. Reysin sərnişinlərindən olan Rendi Reys baş verənləri öz “Twitter” hesabında təsvir edib. “Mən əsirəm. Bu dəqiqə “United Airlines” 455 reysini tərk etdim, çünki təyyarənin kapitanı heç də yaxşı psixi vəziyyətdə deyil”, - o yazıb. Bir müddət sonra “United Airlines” pilotun başqa bir pilot ilə əvəz edildiyini bildirib. Reys təxminən bir saat yarım gecikib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












