Pilotsuz uçan aparatları qartallar tutacaq – VİDEO+FOTO

Hollandiya polisi icazəsiz uçurulan pilotsuz uçan aparatlara qarşı təlim görmüş qartallardan istifadə edəcək. Avtosfer.az xəbər verir ki, təlim görmüş qartallar istənilən pilotsuz aparatları havada zərərsizləşdirmək qabiliyyətinə malikdir.
Hərbi və kəşfiyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan pilotsuz uçan aparatlar Hollandiyanın böyük şəhərlərində mülki şəxslər tərəfindən də geniş istifadə olunmağa başlayıb. Hətta bu ölkədə pilotsuz uçan aparatlardan sərhəd keçid məntəqələrində də istifadə olunmaq hallarına rast gəlinib.
Bütün bunlar isə Hollandiyada bir sıra problemlərə səbəb olub. Odur ki, Hollandiya hökuməti problemin həlli üçün, yəni qanunsuz olaraq uçurulan pilotsuz aparatları zərərsizləşdirmək üçün təlim görmüş qartallardan istifadə edəcək.

Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












