Pirallahı rayonunda bəzi küçələrin adları dəyişdirilib

Pirallahı rayonunda bəzi küçələrin adları dəyişdirilib. Avtosfer.az xəbər verir ki, Pirallahı RİH-dən azərtac-a bildiriblər ki, Pirallahı Rayon İcra Hakimiyyətinin nəzdində küçələrin adları dəyişdirilməsi ilə əlaqədar yaradılmış İşçi Qrupu mütəmadi olaraq rayon ərazisində küçə adları, lövhələr, reklamlar ilə bağlı monitorinqlər keçirir. Rayon ərazisində cəmiyyətimizin ictimai-siyasi həyatını, tariximizi, adət-ənənələrimizi özündə əks etdirməyən, həmçinin Sovet İttifaqı dövründə verilmiş küçə adları yeni adlarla əvəz olunub. Pirallahı qəsəbəsindəki Fioletov küçəsinə Milli Qəhrəman Sergey Murtuzəliyevin, Xanlar küçəsinə neftçi Qurban Abbasovun, Əzizbəyov küçəsinə Milli Qəhrəman Yavər Əliyevin, Prodolnaya küçəsinə isə Milli Qəhrəman Mübariz İbrahimovun adları verilib. Çilov qəsəbəsindəki Caparitze küçəsi Milli Qəhrəman Rasim İbrahimov, Bünyatzadə küçəsi isə 28 May adları ilə əvəz olunub. Rayonda küçə adlarını bildirən yeni lövhələrin hazırlanması istiqamətdə müvafiq işlər həyata keçirilir və qısa müddət ərzində quraşdırılması nəzərdə tutulur.
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA










