Pirallahıda ekoloji pozuntu halları qeydə alınıb

Pirallahı adasının eyniadlı qəsəbəsində ətraf mühitin mühafizəsi istiqamətində keçirilən ekoloji monitorinq zamanı formalaşan tullantıların idarə edilməməsi müşahidə edilib.
Avtosfer.az apa-ya istinadən xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin aylıq bülletenində bildirilir.
Qeyd olunub ki, adada formalaşan tullantı suların nəqli üçün qurulmuş ötürücü xətlərin, nasosxanaların və Bioloji Təmizləyici Qurğunun (BTQ) təyinatı üzrə işləməməsi, sahil zolağında çirkab gölməçələrin yaranması, formalaşan bərk məişət tullantılarının ümumiyyətlə idarə edilməməsi, sahil zolağının və Xəzər dənizinin çirklənməsi ilə nəticələnən ekoloji pozuntu halları qeydə alınıb: “Pirallahı qəsəbəsində formalaşan tullantı suları mövcud qanunvericiliyin tələblərinə uyğun idarə olunmur. 2007-2008-ci illərdə ARDNŞ tərəfindən tullantı suların toplanması və nasoslar vasitəsi ilə təmizləyici qurğuya ötürülməsi üçün adada sahil xətti boyunca nasosxanalar inşa edilib. İnşa edilmiş nasosxanalar hazırda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) balansındadır. Nasosxanaların iş prinsipi ərazidə formalaşan tullantı sularını qəbul edərək nasoslar vasitəsilə BTQ-yə yönəltməkdir. Lakin tullantı suları vaxtı-vaxtında BTQ-yə nəql edilmədiyindən nasosxanaların tullantı su qəbulu anbarından dənizə axıdılır”.
Bildirilir ki, anbarlardan axıdılan tullantı suları relyef boyu axaraq sahil zolağında süni tullantı su gölməçələri əmələ gətirərək sahil zolağının ekologiyasına mənfi təsir göstərir: “Belə ki, formalaşan süni gölməçələr yay mövsümündə havaların isti keçməsi ilə əlaqədar olaraq qismən quruyur. Bunun nəticəsində ətrafda üfunətli bataqlıqlar əmələ gəlir. Pirallahı qəsəbəsində 2008-ci ildə tullantı suların təmizlənməsi üçün istifadəyə verilmiş BTQ düzgün istismar edilmədiyindən və baxımsızlıqdan qısa müddət ərzində yararsız vəziyyətə düşüb, qurğunun aerotenkləri və çökdürücüləri sıradan çıxıb”.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












