Pirşağı çirkab suları ilə bağlı rəsmi açıqlama - VİDEO

Bakının Sabunçu rayonunda yerləşən Pirşağı qəsəbəsində çirkab sularının Xəzər dənizinə axıdılması ilə bağlı görüntülərə aydınlıq gətirilib.
Məsələni araşdıran Baku TV komandasına bildirilib ki, 2000-ci ildə Zabrat-Kürdəxanı magistral yolunu su basır və bundan sonra “Azərsu” ASC və yerli icra hakimiyyəti Zabrat gölünün səviyyəsinin tənzimlənməsi üçün göldən birbaşa dənizə xətt çəkib. Bu xətt vasitəsilə Zabrat gölünün səviyyəsi tənzimlənir. Amma kanalizasiya sularının təmizlənmədən Pirşaği dənizinə axıdılması yeni bir problemə yol açır.
Dövlət Ekoloji Təhlükəsizlik xidmətinin rəis müavini Ramal Bağırov Baku TV-yə bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2007-ci ildən başlayaraq əraziyə 17 ədəd modul tipli çirkab su təmizləyici qurğu quraşdırılıb. Eyni zamanda “Azərsu” ASC tərəfindən də müvafiq işlər aparılıb: “Təəssüf ki bu problem qalmaqdadır. Səbəbsə mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmamasıdır. Qeyd edim ki, bu axar 2000-ci ildən çəkilib. 21 il ərzində bu axar üzərində mütəmadi olaraq monitorinq keçirilib, analizlər götürülüb, tədqiqatlar aparılıb. Nəticə olaraq müəyyən edilib ki, bu suda fekal tərkibli çirkab sular mövcuddur. Bununla bağlı yerli icra orqanlarına və “Azərsu” ASC-yə məlumat verilib”.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin rəsmisi Şöhrət Süleymanov Baku TV-yə bildirib ki, bu ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcud deyil: “Abşeron yarımadasının master planına uyğun olaraq Pirşağı hövzəsi üzrə müasir standartlara uyğun bioloji tullantı su təmizləyici qurğusunun inşası aparılıb. Hazırda tamamlanma işləri aparılır”.
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat










