Piyada keçidlərində eskalatorlar niyə işləmir? - VİDEO

Paytaxtın Binəqədi və Nəsimi rayonları ərazisində bəzi yerüstü və yeraltı piyada keçidlərində quraşdırılan eskalatorlar işləmir.
Avtosfer.az xəbər verir ki, bu isə sakinlərə çətinlik yaradır. Xüsusilə yaşlılar, uşaqlar və əllərində yüklə hərəkət edənlər üçün bu vəziyyət ikiqat çətindir. Bəziləri qarşı tərəfə keçmək üçün avtomobillərin şütüdüyü yoldan istifadə edirlər. Bu isə qəza riskini artırır. Yerüstü piyada keçidinin eskalatoru artıq bir aydan çoxdur ki, işləmir. Görüntülər Binəqədi rayonu Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində yerləşən piyada keçidindəndir. Sakinlərin sözlərinə görə, eskalator işləmədiyinə görə keçidi qalxıb-düşmək çətinlik yaradır. Ona görə də bəziləri qarşı tərəfə avtomobillərin intensiv hərəkət etdiyi yoldan keçirlər. Bu isə real təhlükədir. "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin'' mətbuat katibi Anar Nəcəfli bildirib ki, Rəsulzadə qəsəbəsində yerləşən piyada keçidindəki vəziyyətdən xəbərdardırlar.
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI
Paşinyan Rusiyanın yardımından imtima edib - Politoloq səbəbləri AÇIQLADI
Oğuzda qaçırılan küçə itlərinin aqibəti bilinmir - VİDEO
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ










