Piyada yolla gələn vətəndaşdan narkotik vasitələr aşkar edilib

Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumata əsasən İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zamanı saxlanılıb və qanunvericiliyin tələblərinə uyğun üzərində şəxsi yoxlama aparılıb. Bu barədə Avtosfer.az-a DGK-dan məlumat verilib. Məlumata görə, şəxsi yoxlama zamanı tibbi müayinədən keçirilmə zərurəti yarandığından vətəndaş gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstaxanasına aparılıb. Tibbi müayinə zamanı vətəndaşın daxili orqanı-düz bağırsağından 3 ədəd bağlamada olmaqla, ümumu xalis çəkisi 173,265 qram təşkil edən narkotik vasitə-heroin, xalis çəkisi 20,62 qram təşkil edən narkotik vasitə tiryək və ümumi xalis çəkisi 24,25 qram təşkil edən psixotrop maddə-metamfetamin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Namiq
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












