Piyada zolağı silinib, nişan da yoxdur - TƏHLÜKƏ - VİDEO

Avtobusdan düşüb piyada zolağından keçmək istəyən piyadalar təhlükə ilə üz-üzə qalır. Səbəb yolda piyada zolağının silinməsi və piyada keçidinin olduğunu bildirən nişanın olmamasıdır. Paytaxtın Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində daha dəqiqi köhnə ''İnqilab'' kinoteatrının qarşısındakı yolda olan piyada keçidindən vətəndaşlar keçməkdə çətinlik çəkirlər. Zolağın silinməsi sürücü və piyadalar arasında mübahisəyə səbəb olur. Çünki sürücülər hərəkətdə olarkən zolağı görmədiyindən oradan keçən piyadalara yol vermir. Nəticədə də qəza şəraiti yaranır. Ərazidə dayanacaq olduğundan bu keçiddən piyadalar daha çox istifadə edir.
Məsələ ilə bağlı Bakı şəhər dövlət yol polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov əraziyə baxış keçiriləcəyini bildirdi.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












