Piyadalara işıqqaytarıcı veriləcək - Qəzaların qarşısını almaq üçün

Azərbaycanda yol qəzalarının qarşısının alınması üçün piyadaların xüsusi işıq qaytarıcı vasitələrdən istifadə etməsi təklif edilir. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu təkliflə Milli Məclisin Gənclər və İdman Komitəsinin Gənclər və İdman Komitəsinin üzvü Şahin İsmayılov komitənin bu gün keçirilən iclasında çıxış edib. Ş.İsmayılov bildirib ki, ötən il təqribən 700-dən çox insan yol qəzalarında ölüb: “Bu, olduqca çox böyük rəqəmdir. Bır sıra ölkələrin qanunvericliyində yol qəzalarının qarşısının alınması üçün məcburi şəkildə xüsusi işıq qaytarıcı vasitələrdən istifadə edilir. Bir çox ölkələrdə piyadalar üzərində xüsusi işıq qaytarıcı vasitələr olur və onlar gecə bir növ görünən hala gəlirlər. Bəlkə biz də bunu araşdıraq və bu məsələni qanunvericliyə daxil edək”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












