Piyadalarla bağlı narahatlıq doğuran STATİSTİKA

Piyadaların avtomobillərlə vurulması Bakı şəhəri üzrə bu il ərzində baş vermiş yol-nəqliyyat hadisələrinin 67 faizini təşkil edir ki, bu da çox ciddi narahatlıq doğurur. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. V.Əsədov bildirib ki, sürücü-piyada münasibətlərinin tənzimlənməsi, piyadaların avtomobillərlə vurulmasının qarşısının alınması üçün piyadalar arasında təbliğatın gücləndirlməsi məqsədilə yol polisi müraciət edir:
""Yol hərəkəti haqqında" qanuna əsasən, tərəfimizdən tədbirlər görülür və cərimələr tətbiq edilir. Ancaq təbliğatın da aparılması vacib şərtlərdən biri olduğundan bir daha piyadalara müraciət edirik. Piyadalar yolu keçərkən yaxınlaşmaqda olan nəqliyyat vasitəsinə diqqət yetirməli, xüsusilə günün qaranlıq vaxtları, həmçinin işıqlanmayan ərazilərdə daha diqqətli olmalıdırlar. Piyada zolaqları ilə avtomobil yollarının kəsişməsində süni sıxlığın yaşanmaması üçün piyadalar diqqətli olmalı, ən azı nəqliyyat vasitəsinin tam dayandığını yəqin etdikdən sonra hərəkət etməlidirlər. Piyadalar unutmasınlar ki, yaxınlaşmaqda olan avtomobil texniki cəhətdən nasaz ola bilər, əyləc sistemi işləməyə və ya sürücü yuxulu vəziyyətdə ola bilər".
V.Əsədov bildirib ki, piyadalar yalnız onlar üçün işarələnmiş yerlərdən istifadə etməli, ətrafa nəzər salmalıdırlar: "Bakıda çoxlu yeraltı və yerüstü piyada keçidləri var. Lakin Bakı şəhəri üzrə qeydə alınan yol nəqliyyat hadisələrinin təhlilinə nəzər saldıqda görürük ki, piyadaların avtomobillərlə vurulmasının 70 faizə qədəri məhz elə piyada keçidlərinin yaxınlığında baş verir. Bu, çox ciddi narahatlıq doğurur. Bu tələblərin yerinə yetirilməsi piyadaların özünün təhlükəsizliyi üçün vacibdir".
Qeyd edək ki, 2017-ci il yanvarın 1-dən noyabrın 11-ə qədər Bakı şəhəri üzrə 527 yol qəzası qeydə alınıb. Bu hadisələrin nəticəsində 166 nəfər ölüb, 461 nəfər isə xəsarət alıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












