Poçt rabitəsinin inkişafı beynəlxalq platformalarda təbliğ olunur - “Azərpoçt”

Azərbaycanın poçt rabitəsinin inkişafı beynəlxalq platformalarda geniş təbliğ olunur. Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev Bakıda ilk dəfə keçirilən Avropa və MDB ölkələrinin “Poçt Liderləri forumu” çərçivəsində jurnalistlərə açıqlamasında bildirib. 3 gün davam edəcək tədbiri Ümumdünya Poçt İttifaqı (ÜPİ) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həmçinin “Azərpoçt”la birgə təşkil edib.
Onun sözlərinə görə, bu, ÜPİ-nin bu il Azərbaycanda keçirdiyi ikinci beynəlxalq tədbirdir:
“İlk beynəlxalq tədbiri yanvar ayında keçirmişdik. Bugünkü forumda 150-ə yaxın müxtəlif ölkələrin nümayəndələri iştirak edir. Onlar arasında poçt sektorunun tənzimləyiciləri, nazirlik səviyyəsində nünayəndələr, milli poçt operatorlarının rəhbərləri var. Forumun ən böyük əhəmiyyəti Azərbaycanın tanıdılmasıdır. Onun beynəlxalq arenada nüfuzunun artırılması məqsədi daşıyır”.
O, bir məqama da xüsusi diqqət cəlb edərək deyib ki, Dubayda keçiriləcək növbəti Beynəlxalq Poçt İttifaqı seçkilərində Azərbaycan dövlət olaraq öz namizədliyini irəli sürüb:
“Məhz bu platformada bizim üçün imkanlar yaranır ki, Azərbaycanı dünya ölkələri arasında daha da tanıdaq, Azərbaycanda poçt rabitəsinin inkişafı barədə ətraflı məlumat verək".
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ
Bank kartlarındakı pulları dələduzlardan necə qorumaq olar? – XƏBƏRDARLIQ
Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
Azərbaycanda avtomobil yollarının rəqəmsal xəritəsinin yenilənməsinə ehtiyac var? – ARAŞDIRMA
Skuter sürmək qadağan oluna bilər? – Ekspertdən XƏBƏRDARLIQ – VİDEO












