Banner

Poliklinikanın qapısını sındıran şəxs qazi deyil - DİN-dən açıqlama

Gündəm 1 Sentyabr 2021 14:06 Oxunub 1036
Poliklinikanın qapısını sındıran şəxs qazi deyil - DİN-dən açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi dünən axşam saatlarında poliklinikaların birinin şüşə qapısını sındıraraq 3 həkimə xəsarət yetirən şəxslə bağlı araşdırmaya başlayıb.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, həmin şəxsin Birinci Qarabağ müharibəsində döyüşməsi ilə bağlı dedikləri yalandır: “Həmin şəxs Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Ceyhun Ağayevdir. 1994-cü ildə atəşkəs imzalananda onun 16 yaşı olub. Bu o deməkdir ki, həmin şəxs heç bir müharibənin qazisi deyil, yalan danışır.

Onun törətdiyi əməllə bağlı araşdırma aparılır. Nəticədən asılı olaraq onun əməlinə hüquqi qiymət veriləcək”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh