Polis Ağdaşın Qoşaqovaq kəndini nəzarətə götürdü: postlar qurulub

Ağdaş Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Qoşaqovaq kəndini nəzarətə götürüblər, kənd ərazisində polis postları qurulub. Avtosfer.az xəbər verir ki, bu barədə report-a kənd bələdiyyəsinin sədri Cəbrayıl Həşimov məlumat verib. Bələdiyyə sədri bildirib ki, kənd ərazisinə axşam saatlarında giriş-çıxış polis tərəfindən məhdudlaşdırılıb: "Həqiqətən gecələr kənddə gəzən var. Ancaq bu, hansısa məxluq yox, adı insandır. İndiyə qədər heç kimə xəsarət yetirilməyib və heç kimin evindən oğurluq edilməyib. Sakinlərin gözünə görünən bu insan təhlükəsiz olsa da, əhalini qorxu içərisində saxlayır".
Kənd sakini İlham Eyyubovun sözlərinə görə, müxtəlif boyda və görkəmdə olan şəxslər gecə saat 12-dən 4-ə qədər kənd ərazisində gəzirlər: "Dəfələrlə onları tutmaq istəmişik. Lakin onlar bizim keçə bilmədiyimiz tikanlı məftillərin, hündür hasarların üstündən asanlıqla keçib qaça bilirlər".
Baş verən hadisə ilə bağlı Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları naməlum şəxs və ya şəxslrin tutulması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












