Polis Akademiyasında məktəblilər üçün “Açıq qapı” - FOTOLAR

Sağlam düşüncəli və yüksək intellektli gənclərin ixtisas seçimində Polis Akademiyasına üstünlük verməsinin təmin edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir. Avtosfer.az xəbər verir ki, Bakı şəhərinin Xəzər rayonunda yerləşən 183 nömrəli tam orta məktəbin şagirdləri Polis Akademiyasında keçirilmiş "Açıq qapı" tədbirinin qonağı olublar. Şagirdlər Akademiyada yaradılmış təhsil mühiti, o cümlədən tədris korpusları, kriminalistik təlim şəhərciyi, "İnformasiya təhlükəsizliyi" fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi, auditoriyalar və yataqxana ilə tanış olublar. Qonaqlara Polis Akademiyasının tarixi, kursantların maddi, sosial təminatları və Akademiyada təhsilin üstünlükləri barədə geniş məlumatlar verilib, həmçinin rəsmi saytda yerləşdirilmiş "Virtual Akademiya" platformasından istifadə edərək tədris müəssisəsi ilə onlayn tanış olmaq imkanı da onların nəzərlərinə çatdırılıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
"Nərimanov" stansiyasında Qarabağla bağlı yeni sərgi açıldı - VİDEO
“İkinci əl” avtomobillər ucuzlaşır? - AÇIQLAMA
Azərbaycanda əlverişsiz hava şəraitində skuterlərə qadağa qoyula bilər? – AÇIQLAMA
Qiymət artımının qarşısını almaq üçün hansı addımlar atılmalıdır? – AÇIQLAMA
Qışda qəza riskini azaltmaq üçün sürücülər nə etməlidir? – AÇIQLAMA
Ərdoğan Zəfər Günü Azərbaycana gəlir
Bu gün maşınla yola çıxanların NƏZƏRİNƏ!
Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB
Tıxacda avtomobillər arasında neçə metr məsafə olmalıdır? – EKSPERT
Bakıda piyadaların hərəkətini çətinləşdirən əsas problem nədir? – ARAŞDIRMA












