Polis Akademiyasında yeni tədris korpusları inşa edilib

Bu gün Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib. Avtosfer.az-ın məlumatına görə, nazir Vilayət Eyvazov cari ilin 9 ayında ictimai asayişin və təhlükəsizliyin təmini ilə bağlı qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, cinayətkarlıqla mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında əldə olunmuş müsbət nəticələrin hesabat dövründə qorunub-saxlanıldığını və bir sıra istiqamətlərdə inkişaf etdirildiyini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali qayğısı sayəsində daxili işlər orqanlarında peşəkar kadr özəyinin formalaşdığını, infrastrukturun inkişaf etdiyini, müasirləşdiyini, müvafiq fəaliyyətin Nazirliyin xüsusi təyinatlı təhsil müəssisələrində, o cümlədən Polis Akademiyasında da həyata keçirilərək yeni tədris korpuslarının, yataqxanaların, laboratoriyaların və digər zəruri obyektlərin inşa edildiyini, hüquqşünas, kriminalist, informasiya təhlükəsizliyi və digər mütəxəssis ixtisasları üzrə təhsilə namizədlərin seçimində nəzərəçarpan irəliləyişlərin əldə olunduğunu, Akademiyada təhsil almaq arzusunda olan orta məktəb şagirdlərinin sayının ilbəil artdığını, bu istiqamətdə aparılan təşviqatın davam etdirilməsinin vacibliyini, habelə Dövlət Başçısının şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsinə həssas münasibətindən irəli gələn müsbət dəyişiklikləri diqqətə çatdırıb.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












