Polis Akademiyasında Zəfər Günü ilə bağlı konfrans keçirildi - FOTO - VİDEO

DİN-in Polis Akademiyasında “Zəfər Günü - milli qürur və şərəf tariximiz” mövzusunda Respublika elmi-praktik konfrans keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə “Azərbaycan Hakimlər İttifaqı” İctimai Birliyinin, Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin, Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Hərbi İnstitutunun, respublikamızın bir sıra dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri, kursant və tələbələri qonaq qismində iştirak ediblər.
Eyni zamanda konfransa onlayn formatda Rusiyanın bir sıra xüsusi təyinatlı ali təhsil müəssisələrində və Türkiyə Milli Polis Akademiyasında təhsil alan azərbaycanlı kursantları və respublikanın bir neçə ali təhsil müəssisələrinin müəllim və tələbələri qoşulublar.
Tədbir iştirakçıları tərəfindən Akademiyada ulu öndərin abidəsi önünə gül dəstələri qoyulduqdan sonra konfrans zalında ümummilli lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə hörmət və ehtiram bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Dövlət Himni səsləndirilib.
Konfransı giriş sözü ilə açan Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov tədbir iştirakçılarını salamlayaraq konfransın işinə uğurlar arzulayıb, onun məqsədi barədə fikirlərini bildirib. C.Daanov dövlətimizin gələcək inkişafında müstəsna rol oynayan Zəfər Gününün tarixi əhəmiyyətini vurğulayaraq gənc nəslin dövlətçilik ideyalarına sadiq və vətənpərvər ruhda tərbiyə almasının önəmini nəzərə çatdırıb.
Eyni zamanda kursantların iştirakı ilə “Zəfər Günü”nə həsr olunmuş yürüş keçirilib. Yürüş zamanı “Şanlı zəfərimiz əbədidir” şüarı kursantlardan ibarət yazı şəklində nümayiş olunub.
Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?
Xəbərdarlıq edildi: SABAH DİQQƏTLİ OLUN
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ
Bakıda yeni metrostansiya bu əraziləri əhatə edəcək - Bəs stansiyanın adı nə olacaq? - AÇIQLAMA
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür
Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb - Sürücülərdən şikayət - VİDEO
Azərbaycanda zəlzələ olub – FOTO
Ramazan ayının dördüncü günün duası - İmsak və iftar vaxtı
Dövlət Mühafizə Xidməti öz işini icra edib: Təxribatın hüquqi təhlili - VİDEO
“İmprotex Motors”la bağlanan 2 milyonluq müqavilə iddialarına - MİLLİ MƏCLİSDƏN CAVAB















