Polis Bakıda 35 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb - FOTO

Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla davam etdirirlər. Bu istiqamətdə həyata keçirilən əməliyyatlar nəticəsində ümumi çəkisi 35 kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq dövriyyədən çıxarılıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib
Belə ki, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən əldə edilən məlumat əsasında keçirilən əməliyyat nəticəsində Xəzər rayon sakini, əvvəllər məhkum olunmuş Əliyusif Məmmədov 99,865 qram marixuananı satan zaman cinayət başında saxlanılıb. İdarədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman əlavə olaraq 6,523 qram marixuana aşkar edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq Ə.Məmmədovun yaşadığı mənzilə də polis əməkdaşları tərəfindən baxış keçirilib. Bu zaman həmin evdən hazır qablaşdırılmış formada olan külli miqdarda – 31 kiloqram qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Daxil olan digər məlumat əsasında Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Binə qəsəbəsi, Atçılıq massivində yaşayan Bəhmən Nağıyev saxlanılıb.
Onun həyatindəki istixanaya baxış keçirilən zaman 3 kiloqram 545 qram narkotik vasitə olan qurudulmuş marixuana, 86 ədəd yaş kütlə halında olan çətənə kolu, 39 ədəd çətənə bitkisinin şitili və 6,425 qram çətənə bitkisinin toxumları aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Emin
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ

















