Polis Bakıda tapança satmaq istəyən şəxsi tutub - FOTO

Əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilməsi, onların satışı ilə məşğul olan şəxslərin ifşa olunması məqsədilə daxili işlər orqanları tərəfindən paytaxtın Nizami rayonu ərazisində növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Bölməsinə bir nəfər naməlum şəxsin metronun Qara Qarayev stansiyasının yaxınlığında silah satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşları tərəfindən dərhal həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Bölmədə həmin şəxsi şəxsiyyəti məlum olub. O, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Abbasov Tofiq Ələddin oğludur. Onun üzərinə baxış keçirilən zaman bir ədəd “TT” markalı tapança, 3 ədəd patron və tapança darağı aşkar edilərək götürülüb. Material Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə ay bundan əvvəl əldə etdiyini və satmaq niyyəti ilə üzərində gəzdirdiyini bildirib. Saxlanılan şəxsin üzərindən aşkar edilən tapançadan hansısa cinayətdə istifadə edilib-edilmədiyini dəqiqləşdirmək məqsədi ilə həmin silah ballistik ekspertizaya göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat, partlayıcı maddə və qurğular könüllü olaraq hüququ-mühafizə orqanlarına təhvil verilməlidir.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
















