Polis Bölməsində ölümlə bağlı rəsmi AÇIQLAMA

Daxili İşlər Nazirliyi vətəndaşın Polis Bölməsində ölümünə dair rəsmi məlumat yayıb. Avtosfer.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, mayın 12-də Xəzər rayonunun Şüvəlan qəsəbə sakini Əli Rüstəmzadə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək mayın 11-də qəsəbə ərazisində Zaur adlı şəxsin bir neçə nəfərlə birgə onu, həmyerliləri Afəddin Hüseynovu və qardaşı Elməddini xuliqanlıq zəminində döyməsini bildirib. Araşdırma ilə əlaqədar 1-ci Polis Bölməsinə dəvət olunmuş qəsəbə sakini Zaur Sultanov Polis Bölməsinin həyətindəki oturacaqda infarktdan ölüb. Mərhumun dayısı Əlihüseyn Zeynalov izahatında Z.Sultanovun ürək xəstəliyindən əziyyət çəkdiyini bildirib. Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Bakı Şəhər Prokurorluğu da vətəndaşın polis bölməsində ölməsi faktını araşdırıb. Prokurorluqdan Avtosfer.az-a verilən məlumata görə, mayın 12-də saat 13 radələrində 1986-cı il təvəllüdlü Şüvəlan qəsəbə sakini Zaur Səxavət oğlu Sultanovun Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin inzibati binasının həyətyanı sahəsində oturacaqdan yıxılaraq vəfat etməsi barədə daxil olan məlumat əsasında rayon prokuroluğunda araşdırmalar aparılır. Rayon prokurorluğunun, Polis İdarəsinin əməkdaşlarının və məhkəmə tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, polis bölməsinin inzibati binasında quraşdırılmış videokamera görüntüləri götürülüb, meyitin bədən səthində burun və dodaq nahiyyələrində olan səthi sıyrıqlardan başqa hər-hansı bir xəsarət və zorakılıq əlamətləri aşkar edilməyib, meyit daxili müayinə olunması və ölümün səbəbinin müəyyən edilməsi məqsədi ilə MTE və PA Birliyinin rayon şöbəsinə göndərilib. İlkin araşdırmalarla müəyyən olunub ki, qeyd edilən tarixdə Şüvəlan qəsəbə sakinləri Afiyyədin Hüseynov, Elməddin Hüseynov və Əliislam Rüstəmzadənin Z.Sultanov tərəfindən bir neçə şəxslə birlikdə həmin qəsəbədə döyülmələri barədə şikayət ərizələri əsasında sonuncu polis bölməsinə dəvət olunub və bölmənin həyətyanı sahəsində gözləyən zaman saat 13:40-da oturacaqdan yıxılaraq vəfat edib. Araşdırmalarla həmçinin polis bölməsində Z.Sultanova qarşı heç bir fiziki zor tətbiq edilməməsi, bədən səthində aşkar olunmuş sıyrıqların isə onun yıxılma nəticəsində yaranması, qeyd edilənlərin videokameradan götürülmüş görüntüyə keçirilən baxış zamanı öz təsdiqini tapması, eləcə də meyitin müayinəsi zamanı ürək əzələlərində dəyişikliklər olması müəyyən edilib. Araşdırmalar zamanı şahidlərin izahatları alınmış və digər zəruri hərəkətlər icra edilib.
Hazırda rayon prokurorluğunda araşdırmalar davam etdirilir.
Elmin
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT










