Polis əməkdaşları bıçaqlanan şəxsləri ölümdən xilas ediblər - Abşeronda

Abşeronda iki nəfər bıçaqlanıb, polis əməkdaşları onları ölümdən xilas edib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, 1978-ci il təvəllüdlü Sadıqov Vasif Tofiq oğlu və 1996-cı il təvəllüdlü Zeynallı Əfqan Rəcəb oğlu qəsəbədə yerləşən marketlərdən birinin qarşısında tanıdıqları şəxslə mübahisə ediblər. Mübahisə dava ilə nəticələnib. Hadisə zamanı hər ikisi bir neçə bıçaq xəsarəti alaraq avtomobil yolunun kənarına yıxılıb. Onlar çoxlu qan itiriblər. Yoldan keçən Abşeron Rayon Polis İdarəsinin Masazır qəsəbəsi üzrə fəaliyyət göstərən Polis Patrul Xidmətinin əməkdaşları təcili yardım avtomobilinin gec gələcəyini nəzərə alaraq hər iki yaralını xidməti avtomobil ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
Prezident İlham Əliyevin səfəri Özbəkistan mediasının diqqət mərkəzində - VİDEO
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO










