Polis gücləndirilmiş İŞ REJİMİNDƏ: Fasiləsiz xidmət davam etdirilir - FOTO
Gündəm
27 Fevral 2025 08:36
Oxunub 3880

Hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülür.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, polisin gücləndirilmiş rejimdə xidməti paytaxtla yanaşı respublikanın hər bir istiqamətində davam etdirilir.
Sıxlıq yaranan ərazilərdə hava şəraitinin yaratdığı fəsadların aidiyyəti dövlət qurumları ilə birgə aradan qaldırılması istiqamətində işlər aparılır. Yaşayış məntəqələrini birləşdiriən magistrallarda yaranan problemlərin aradan qaldırılması məqsədi ilə operativ tədbirlər həyata keçirilir. Hərəkətin təhlükəsizliyi tam təmin olunur.
Digər dövlət orqanları ilə birgə təşkil edilən fasiləsiz xidmət hazırda da davam etdirilir.




ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













