“Polis haqqında” qanundan “ləyaqətsiz” sözü çıxarılır

Azərbaycanda “Polis haqqında” qanuna üç maddə üzrə dəyişiklik edilir. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Azərbaycan prezidentinin təqdimatı ilə “Polis haqqında” qanunun 28-ci maddəsinin (Polis əməkdaşının xidmətə qəbul edilməsi) IV hissəsindən, 33-cü maddəsinin (Polis əməkdaşının məsuliyyəti) I hissəsinin 3-cü bəndindən və 34-cü maddəsinin (Polis əməkdaşının xidmətdən xaric edilməsi) I hissəsinin 9-cu bəndindən “ləyaqətsiz” sözü çıxarılır.
Hazırda 28-ci maddənin IV hissəsi belədir: “İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyənləşdirilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə ciddi nöqsanlara, polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, polisdə xidmətə tam yararsız olmasına, polis əməkdaşının adına ləkə gətirən ləyaqətsiz hərəkətlərə görə polisdən və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər polisdə xidmətə qəbul edilə bilməzlər”.
Müvafiq olaraq 33-cü maddənin I hissəsinin 3-cü bəndi və 34-cü maddənin I hissəsinin 9-cu bəndi isə hazırda aşağıdakı kimidir:
- polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə - polis əməkdaşı intizam məsuliyyətinə cəlb edilir.
- polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə - polis əməkdaşı xidmətdən xaric edilə bilər.
Layihə Milli Məclisin oktyabrın 2-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












