Polis helikopteri Ali Məhkəmənin binasına hücum edib

Venesuelanın paytaxtı Karakas şəhəri üzərində uçan polis helikopterinin pilotu əhalini hökumətə qarşı çıxış etməyə çağırıb, daha sonra isə Ali Məhkəmənin binasına hücum edib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Venesuelanın rabitə və informasiya naziri Ernesto Vilyeqas bildirib. “Bir nəfər respublikaya qarşı silah qaldırıb. O, helikopteri qaçıraraq Ali Məhkəmənin binasına hücum edib”, - deyə o qeyd edib. Məlumatı Venesuela prezidenti Nikolas Maduro təsdiqləyib. “Helikopterdə olanlardan biri ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə təmasda olan sabiq DİN rəhbəri Rodriqes Torresin pilotu olub”, - deyə Maduro qeyd edib. Onun sözlərinə görə, helikopterdən məhkəmə binasına iki əl qumbarası atılıb. Onlardan biri yalnız biri partlayıb: “İnsident nəticəsində yüzlərlə insan yaralana bilərdi”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












