Polis İdarəsi: “Polisin vətəndaşı döyməsi barədə məlumat yalandır”

Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda məcburi köçkünlərin köçürülmə vaxtı sakinlərdən birinin polis tərəfindən döyülməsi barədə yayılan xəbərlərə münasibət bildirib. Avtosfer.az xəbər verir ki, İdarədən APA-ya verilən xəbərə görə, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivində yaşayan 1981-ci il təvəllüdlü Qəhrəmanov Şaiq Balakişi oğlu sosial şəbəkələrdə Binəqədi rayonu 9-cu mikrorayon Həmzə Babaşov küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı Təcili Tibbi Yardım stansiyasının qəzalı vəziyyətdə olan binasından köçürülmə zamanı Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən döyüldüyünü və bu səbəbdən əməliyyat olunduğunu yazıb.
“Bakı Baş Səhiyyə İdarəsinin Kliniki Tibbi Mərkəzindən məlumat verilib ki, Şaiq Qəhrəmanov 16 yanvar 2018-ci il tarixdə xəstəxanaya müraciət edib. Müayinədən sonra onun “qarın boşluğunda ağ xətt yırtığı” olduğu müəyyənləşib. Məlum olub ki, yırtığın əmələ gəlmə müddəti 2-3 il əvvələ aiddir. Xəstə müraciət edən zaman onun üzərində və bədən səthində heç bir xəsarət aşkarlanmayıb, döyülməyə xarakterik əlamətlər olmayıb. Şaiq Qəhrəmanovun sosial şəbəkələrdə yaydığı məlumatlar həqiqətə uyğun deyil”, - deyə məlumatda qeyd olunub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












