Polis İdarəsi və prokurorluq silahlı insidentlə bağlı məlumat yayıb

Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu Sabunçu rayon sakininin güllələnməsi faktı ilə bağlı birgə məlumat yayıb. Avtosfer.az xəbər verir ki, bu barədə Prokurorluqdan APA-ya daxil olan məlumatda bildirilib ki, mayın 19-da saat 19 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində 1977-ci il təvəllüdlü qəsəbə sakini Ədalət Babayev aralarında yaranmış mübahisə zəminində üzərində gəzdirdiyi “Makarov” tipli tapançadan həmyerlisi - 1990-cı il təvəllüdlü Elnur Dadaşova bir atəş açaraq qol nahiyəsinə xəsarət yetirib. E.Dadaşov xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir. Ə.Babayev könüllü rayon Polis İdarəsinə gələrək təslim olmuş və cinayətin törədilməsində istifadə etdiyi tapançanı və patronları təhvil verib. Faktla əlaqədar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 228.1-ci (Qanunsuz olaraq odlu silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş və Ə.Babayev şübhəli şəxs qismində tutulub. Hadisə yerinə baxış keçirilərkən oradan güllə gilizi aşkar edilərək maddi sübut kimi götürülüb. Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










