Polis İdarəsindəki qarşıdurma ilə bağlı apellyasiya şikayəti

Sabunçu rayon Polis İdarəsində baş verən qarşıdurma zamanı saxlanılan şəxslərin apellyasiya şikayətinə baxılacaq.
Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.
O bildirib ki, ilkin baxış iclası Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüqar Məmmədovun sədrliyi ilə sentyabrın 19-u keçiriləcək.
Qeyd edək ki, ötən ilin noyabrın əvvəllərində bir qrup dindar dövlət qeydiyyatı olmayan “Müsəlman Birliyi” Hərəkatı İdarə Heyətinin sədr müavini Elçin Qasımovun həbsi ilə bağlı Sabunçu Rayon Baş Polis İdarəsinin qarşısına toplaşaraq etiraz ediblər. Sahil Rzayev, Niftəli Vəliyev, Lətif Əhmədiv və Teymur Osmanov saxlanılıb və onlar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci maddələri ilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ittiham olunublar.
Avqustun 3-də Sabunçu Rayon Məhkəməsində hökm oxunub. S.Rzayev 6 il 5 ay 15 gün, N.Vəliyev 5 il 11 ay 10 gün, L.Əhmədov 5 il 11 ay 20 gün, T.Osmanov 5 il 11 ay 15 gün azadlıqdan məhrum ediliblər.
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT












