Polis idarəsinin köhnə binasındakı yanğın söndürüldü

Bu gün günorta saatlarında Bakının mərkəzində yerləşən binalardan birində yanğın başlayıb. Lent.az-ın məlumatına görə, Neftçilər prospekti 129 ünvanında yerləşən 4 mərtəbəli binada güclü yanğın qeydə alınıb. Alovlar ilk olaraq binanın 2-ci mərtəbəsini bürüyüb. Bildirilir ki, yanan binada 2010-cu ilədək Səbail rayon Polis İdarəsi yerləşib. Hazırda yanan ərazidə yaşayış yoxdur. Bununla belə ətraf mənzillərdə yaşayan insanlar təxliyə edilib.
Fövqəladə Hallar Nazirliyi Bakıdakı yanğınla bağlı məlumat yayıb. Məlumata əsasən, Bakı şəhəri, Səbail rayonu Z.Əliyeva küçəsi 24/52 ünvanında yanğın hadisəsi qeydə alınıb. Mürəkkəb taxta konstruksiyalı binanın 2-ci mərtəbəsinin arakəsmə divarlarında tüstülənmə davam edir, açıq alov müşahidə olunmur. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri cəlb edilib.
Səbail rayon Polis İdarəsinin köhnə binasında baş vermiş yanğın söndürülüb. Əraziyə cəlb edilmiş yanğınsöndürmə briqadalarının səyi nəticəsində qapalı yanğının mənbəyi müəyyənləşdirilib və lokallaşdırılmış yanğın tam söndürülüb.
Bildirilir ki, hazırda dörtmərtəbəli binada tüstülənmə az da olsa davam edir və yanğınsöndürənlər divarları sökməklə məşğuldur.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












