Polis kapitanı ilə bağlı hökmdən verilən apellyasiya protesti geri qaytarılıb

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Fəqan Nəsibovun barəsində olan hökmdən dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə məhkəmə iclası davam etdirilib. "Report"un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya protesti hərəkətsiz saxlanılıb, birinci instansiya məhkəməsinə qaytarılıb. Qeyd edək ki, F.Nəsibov daha əvvəllər Binəqədi Rayon Polis İdarəsində kapitan rütbəsi ilə çalışıb. O, polis vəzifəsindən ayrılandan sonra hüquqşünas kimi fəaliyyətini davam etdirib. İttiham aktına əsasən, F.Nəsibov hüquqi nümayəndəsi olduğu şəxslərdən dələduzluq yolu ilə pul alıb. Xatırladaq ki, F.Nəsibov 2014-cü ildə də həbs edilib. O, metronun “Koroğlu” stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihar etmək istəyib. Həmin vaxt dələduzluqda ittiham edilən F.Nəsibov ittihamı qəbul etmədiyi üçün bu addımı atdığını deyib. Onun barəsində məhkəmə şərti cəza təyin edib. F.Nəsibov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Nəsibovun barəsində 3 il sınaq müddəti təyin edilməklə ona şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












