Polis keçmiş nazirin maşınından 8 milyon dollar çıxardı - VİDEO

Argentinada keçmiş nazir Jose Lopez, paytaxt Buenos-Ayresdə bir monastrın bağında yerə 8.5 milyon dollar basdırmaq istəyən zaman yaxalanıb. Avropa.info xəbər verir ki, bir vətəndaşın gecə saatlarında monastırın divarlarından paketlər atdığını görməsi və polisə məlumat verməsi səbəbindən həbs olunan Lopezin maşınında dollar, avro, yapon yeni və Qətər rialından ibarət 160 paketlə yanaşı brilyantlar, bahalı saatlar və qanunsuz silahlar aşkar edilib. Lopezin polisə rüşvət təklif etməsinin və bu cəhdinin uğursuz olmasından sonra pulları monastıra bağışlamaq üçün gətirdiyi, polis məmurlarının isə pulları oğurlamaq istədiyi də qeyd edilir. Keçmiş nazir özü isə polisə müqavimət göstərməyib və pulları monastıra bağışlamaq üçün gətirdiyini deyib.
Məsələylə bağlı açıqlama verən Argentina dövlət başçısı Mauricio Macri isə olayı biabırçılıq adlandırıb. "Hamımız heyrət içindəyik . Dəyişirik və Argentinada kökünü kəsmək istədiyimiz bütün bu cür hadisələrin üzə çıxması yaxşıdır" deyə Macri qeyd edib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF













